Bakıda qatarla avtobusun toqquşduğu an – VİDEO

Avtosfer TV 2 Oktyabr 2018 11:07 Oxunub 2239
Bakıda qatarla avtobusun toqquşduğu an – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb

Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib. Avtosfer.az xəbər verir ki, qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb. Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir. 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh