Dəhşətli qəzada ölənlərin sayı artıb - 2 ölü, 40 yaralı

Gündəm 2 Oktyabr 2018 11:35 Oxunub 959
Dəhşətli qəzada ölənlərin sayı artıb - 2 ölü, 40 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı rəsmi məlumat yayıb. DİN-dən Avtosfer.az-a daxil olan açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh