Bakıda Beynəlxalq Motor Şousu keçiriləcək

Avtobazar 13 May 2014 18:39 Oxunub 2111
Bakıda Beynəlxalq Motor Şousu keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
SƏRGİ ÇƏRÇİVƏSİNDƏ 7 TƏQDİMAT NƏZƏRDƏ TUTULUB

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində Azərbaycanın avto və motor texnikası həvəskarlarının çoxdan bəri gözlədikləri 8-ci Bakı Beynəlxalq Motor Şou “BIMS” 2014 sərgisi keçiriləcək. “İteca Caspian” şirkətinin yaydığı məlumata görə, sərgi çərçivəsində 7 təqdimat nəzərdə tutulub. Sərginin stendlərində “Lexus RX Hybrid, “Lexus GS Hybrid”, “VOLVO”, “Suzuki Sx4 S Cross”, “GAZ Gazelle Next”, “Harley Davidson Street Glide”, “Harley Davidson Breakout” təqdimatları nümayiş olunacaq. Sərgidə Toyota, Lexus, Great Wall, Vespa, Harley Davidson brendləri “test-drayv”lar təşkil edəcəklər.

Sərgidə motosiklet brendlərinin çoxluğu diqqəti çəkir. Belə ki, Aprilia, Suzuki Motorcycles, Harley Davidson, Vespa, Bike-Lift, Haojue, Piaggio, Zontes,Scoyco, Polaris, Yamaha brendlərinin Azərbaycandakı distribyutorları sərgiyə qatılacaqlar.

Avtomobillər üçün ehtiyat hissələri və aksessuarlar, habelə avtomobil yağları, filtrlər, avtomobil kosmetikası, avtomobil kimyası məhsulları, avtomobil tüninqlər və aparıcı istehsalçılardan (İKA Germany, ARB, AER, Aileron, Cleanol, Element Yag, Xəzər Elektron) bir çox digər məhsullar da sərgidə nümayiş olunacaq.

Əfsun

ŞƏRH YAZ
Ad

E-mail

Şərh