Robot gəzintiyə çıxdı - VİDEO

Texnologiya 2 Oktyabr 2018 22:50 Oxunub 1140
Robot gəzintiyə çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Robot heç bir dəstək almadan qarşısına qoyulan tapşırığın öhdəsindən asanlıqla gəlir

"Boston Dynamics"-in üzərində işlədiyi ən qabaqcıl və axırıncı humanoid robot seriyası "Atlas"-dır. Avtosfer.az Sputnik-ə istinadən bildirir ki, hündürlüyü 1,5 metr, çəkisi 75 kq olan humanoidin stereo görmə və məsafələri anlama qabiliyyəti var. Həmçinin digər sensorları ona ətrafındakı obyektləri idarə etməyə imkan yaradır. Bu video isə "Atlas"-ın çəmənlikdə gəzintisini görüntüləyib. Ona həm də kötük üzərindən tullanmaq əmri verilir. Robot heç bir dəstək almadan qarşısına qoyulan tapşırığın öhdəsindən asanlıqla gəlir. Bu da, təbii ki, onun müstəqil hərəkət etməsinə sübutdur. "Atlas" həm də itələndikdə öz tarazlığını saxlaya, hətta düşəndə özü qalxa bilir. "Atlas" onu deməyə əsas verir ki, tamamilə insan obrazına malik robotların yaranmasına, yəqin ki, çox az qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh