"Mitsubishi" 145 minə yaxın avtomobili geri çağırdı
Avtoxəbər 2 Oktyabr 2018 21:51 178 dəfə oxunub
"Mitsubishi" 145 minə yaxın avtomobili geri çağırdı
Təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur. Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh