Retro avtomobillərin rallisi keçirilir - FOTO

Avtodünya 3 Oktyabr 2018 00:09 Oxunub 1742
Retro avtomobillərin rallisi keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rallidə bir azərbaycanlı iş adamı da var

Tbilisidə ötən əsrin əvvəllərində dünyanın ayrı-ayrı ölkələrində istehsal olunmuş müxtəlif model unikal, klassik avtomobillərin rallisi keçirilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yarışda 35 retro avtomobil iştirak edir. Ən “yaşlı” avtomobil 1922-ci ildə istehsal olunmuş “Vauxhall 30/98” markalı minik maşınıdır. Ən “gənc” avtomobil isə 1951-ci ildə istehsal edilmiş “Jaguar Mark V Dropead Coupe” avtomobilidir. Doqquz ölkədən gəlmiş 60 iştirakçı-iş adamı oktyabrın 2-də Tbilisinin mərkəzindən Vardziya şəhərinə yola düşüb. Oktyabrın 3-də onlar Vardziyadan Barjomi, Tsxaltubo və yüksək dağ yamacında yerləşən Uşquli kəndindən keçməklə Mestiyaya gedəcək, sonra isə yenidən Tbilisiyə qayıdacaqlar. Oktyabrın 9-da iştirakçılar yenidən Tbilisinin mərkəzindən Kaxeti istiqamətində hərəkətə başlayacaqlar. Onlar Sqinaxi və Kazbeqi şəhərlərini, Lapota gölünü dolandıqdan sonra Tbilisiyə qayıdacaqlar. İştirakçılar oktyabrın 14-dək ümumilikdə 2500 kilometrdən çox məsafə qət edəcəklər. Rallidə bir azərbaycanlı iş adamı da var. Yarış SilikNet, TBC bank, Tsikolia, Gulf və digər şirkətlər tərəfindən təşkil olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh