DYP şikayət edən sürücünü razı saldı
Yol polisi 2 Oktyabr 2018 21:44 205 dəfə oxunub
DYP şikayət edən sürücünü razı saldı
Sürücü cəriməni ödəyəcəyini deyib

Oxucumuz Səməndər Qurbanlı redaksiyamıza məlumat verərək bildirmişdi ki, sentyabrın 14-də  paytaxtda keçirilən hərbi parada görə YPX əməkdaşı ona qırmızı işıqda dayanmadan hərəkəti davam etdirməsi barədə göstəriş verib. Tərtib edilmiş protokolu qanunsuz sayan sürücünü Bakı Şəhər DYP idarəsinə dəvət edərək görüntülərə birgə baxış keçiriblər. Məlum olub ki, xəta törənilən kəsişmədə heç bir YPX əməkdaşı olmayıb və sürücüyə heç kim göstəriş verməyib. Sürücü aparılan araşdırmadan razı qaldığını və cəriməni ödəyəcəyi barədə Avtosfer.az-a məlumat verib.

Məsələyə dərhal reaksiya verdiyinə görə Bakı Şəhər DYP idarəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Təbriz

ŞƏRH YAZ
Ad
E-mail
Şərh