Sürəti 1200 km/saat olan qatarın prototipi təqdim olundu

Texnologiya 3 Oktyabr 2018 07:36 Oxunub 1131
Sürəti 1200 km/saat olan qatarın prototipi təqdim olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk sərnişin kapsulunun uzunluğu 32 metr, çəkisi isə 5 tondur

İspaniyada saatda 1200 kilometr sürətlə yolu qət edə biləcək qatarın prototipi təqdim olunub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Hyperloop” yüksək sürətli nəqliyyat sisteminin ilk sərnişin kapsulunun uzunluğu 32 metr, çəkisi isə 5 tondur.  Bildirilir ki, artıq üç ildən sonra “Hyperloop” kapsulu ilk səfərinə çıxa biləcək. Beş ildən sonra isə kommersiya əsasında sərnişin daşımalarında istifadə olunacaq. Qeyd edək ki, “Hyperloop” ideyasının müəllifi “Tesla Motors”un qurucusu İlon Maskdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh