“Ferrari” və “Porsche” yarışdı: ər öldü, arvad ölüm ayağında - VİDEO

Avtosfer TV 3 Oktyabr 2018 23:08 Oxunub 1473
“Ferrari” və “Porsche” yarışdı: ər öldü, arvad ölüm ayağında - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Olay Slovakiyanın Jilina şəhərində yaşanıb

Sarı rəngli Ferrari ilə qara rəngli “Porsche” avtomobillərinin sahiblərinin şəhər kənarındakı yolda yarışmaları faciə ilə başa çatıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Slovakiyanın Jilina şəhərində yaşanıb. Qarşı hərəkət zolağına çıxan “Ferrari” öndən gələn avtomobillə toqquşub. “Porsche”nin sürücüsü sürəti azaldaraq maşını saxlaya bilməyib, avtomobil “Ferrari”yə çırpılıb. Qarşıdan gələn avtomobilin sükanı arxasında olan şəxs həlak olub. Sərnişin isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onların ər-arvad olduğu müəyyənləşib. Qadın ölüm ayağındadır. “Porsche” və “Ferrari”nin sürücüləri həbs olunublar. Onlar Polşa vətəndaşlarıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh