Metroda köməkçi robotlar sınaqdan keçirilir

Texnologiya 3 Oktyabr 2018 22:15 Oxunub 1129
Metroda köməkçi robotlar sınaqdan keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu robotların bəziləri sərnişinlərə ilkin tələbat yerlərini və ya çıxışı tapmaqda yardım edəcək

Yaxın vaxtlarda Tokio metrosunun sərnişinlərinə robotların kömək göstərəcəyi gözlənilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Yaponiya hökuməti həmin robotları noyabrın sonlarından başlayaraq üç ay ərzində paytaxt metrosunun altı stansiyasında sınaqdan keçirməyi planlaşdırır. Bu robotların bəziləri sərnişinlərə ilkin tələbat yerlərini və ya çıxışı tapmaqda yardım edəcək. Digər robotlar isə yeraltı nəqliyyatda təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Onlar stansiyada patrul xidməti çəkərək, şübhəli əşyalar aşkar etdikdə bu barədə dərhal əməkdaşları xəbərdar edəcəklər. Robotlardan istifadənin stansiyaların fəaliyyətinin səmərəliliyini artıracağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh