Bakıda sürücü belə özbaşınalıq edir – VİDEO

Avtosfer TV 3 Oktyabr 2018 21:00 Oxunub 980
Bakıda sürücü belə özbaşınalıq edir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkələrdə yayılan istənilən qayda pozuntusu halına reaksiya göstərilir

Hər gün qayda pozan sürücülərlə yəqin ki, çoxumuz qarşılaşırıq. Xüsusilə də kamera və yol polisinin olmadığı yerlərdə kobud şəkildə başqalarına təhlükə yaradan sürücülər də az deyil. Avtosfer.az-ın məlumatına görə, iki gün əvvəl Bakıda lentə alınmış görüntülərdə də oxşar vəziyyət yer alıb. Görüntülərdən aydın olur ki, qarşıdakı avtomobilin sürücüsündən dəfələrlə yol istənilsə də, həmin sürücü nəinki ona məhəl qoymur, əksinə, gərksiz yerə tez-tez əyləci basmaqla hərəkətə mane olur. Görüntülərdə qarşıda gedən avtomobilin sürücüsü aşağı sürətlə hərəkət edir. Arxadan gələn sürücü isə ondan yol istəyir, amma siqnal səsinə özünəmxsus reaksiya verir. Lüzum olmadığı halda bir neçə dəfə əyləci basmaqla qəza şəraiti yaradır. Bununla da guya arxadan gələn sürücünü cəzalandırır. Səbri çatmayan minik maşınının sürücüsü isə çıxış yolunu qarşıda xidmət aparan yol polisi əməkdaşına müraciət etməkdə görür. Avtomobildəki videoregistrator cihazındakı görüntüyə baxan yol polisi əməkdaşları sürücü barəsində cərimə protokolu tərtib edirlər. Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür sürücülərə qarşı daim mübarizə aparılır. Sosial şəbəkələrdə yayılan istənilən qayda pozuntusu halına reaksiya göstərilir və onlarla bağlı müvafiq araşdırma aparılır. Qaydanı pozanlar isə cəzalandırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh