Taksi sürücüsü də avtomobildə siqaret çəkə bilməz - VİDEO

Avtosfer TV 3 Oktyabr 2018 21:12 Oxunub 1350
Taksi sürücüsü də avtomobildə siqaret çəkə bilməz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobildə tək olsa belə, onun siqaret çəkməsi qadağandır

İki gün əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu və taksilərdə siqaret çəkilməsi qadağan edildi. Taksi fəaliyyəti göstərən avtomobillərin əksəriyyətinin şəxsi maşınlar olduğunu nəzərə alsaq, belə bir sual ortaya çıxır: Bəs sürücü avtomobildə tək olarsa, siqaret çəkə bilərmi? Yaxud da, çəkib-çəkmədiyinə necə nəzarət olunacaq? Avtosfer.az bildirir ki, taksi sürücüsü avtomobildə tək olsa da, siqaret çəkə bilməz. Milli Məclisdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən taksidə siqaret çəkənlər 50 manat məbləğində cərimələnəcək. Millət vəkili Hadı Rəcəbli deyir ki, sürücü avtomobildə tək olsa belə, onun siqaret çəkməsi qadağandır. Polis əməkdaşları onun tək halda avtomobildə siqaret çəkdiyini görsə, cərimə yaza bilər. Taksidə siqaret çəkən sərnişinləri də eyni cəza gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh