Bakıda daha bir "qoçuluq" edən sürücü aşkarlandı - VIDEO

Avtosfer TV 4 Oktyabr 2018 10:42 Oxunub 1323
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BDYPİ rəhbərliyinə rəsmi şəkildə şikayət olunub

Rəsul adlı sürücü paytaxtın növbəti "qoçu" sürücüsünün videogörüntüsünü sosial şəbəkələrdə paylaşıb. Belə ki, 03.10.2018 tarixində 08:51 radələrində,Xətai prospektində,Şərq bazarı yaxınlığında 99 LE 609 DQN-lı avtomobilin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub tam olaraq əks istiqamətə çıxıb hərəkət axınının əksinə hərəkət edib. Hətta əks istiqamətdən gələn avtomobilə təhlükə yaradıb. Belə sürücülər digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə mənbəyidir.

Ümid edirik ki, DYP rəsmiləri tezliklə sürücünün tapılıb cəzalanmasını təmin edəcəklər. Sürücü artıq BDYPİ rəhbərliyinə rəsmi şəkildə şikayət məktubu göndərib.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh