Yol polisi 4 saylı orta məktəbdə “Diqqət uşaqlar" dedi - FOTO

Yol polisi 4 Oktyabr 2018 12:24 Oxunub 1447
Yol polisi 4 saylı orta məktəbdə “Diqqət uşaqlar" dedi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbdə Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə "Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə qeyd edilən idarələrin məsul əməkdaşları, məktəbin kollektivi, şagird və valideynlər iştirak ediblər. Şagirdlər qarşısında çıxış edən Baş İdaənin əməkdaşları bildiriblər ki, rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirmə tədbirləri mütamadi olaraq keçirilir. Bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksədilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır. Görüş zamanı tədbir iştirakçılarına yol hərəkət qaydaları ətraflı izah olunub və yol mədəniyyətinin yüksədilməsi üzrə maarifləndirici söbətlər aparılıb. Həmçinin şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır nəticələrdən bəhs edən video çarxlar da nümayiş etdirilib. Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh