Ramil Usubov Gəncəyə gedəcək – Qəbul var

Yol polisi 4 Oktyabr 2018 17:20 Oxunub 1288
Ramil Usubov Gəncəyə gedəcək – Qəbul var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh