Kosmosda “Qulyabanı” kəşf edildi - FOTO

Maraqlı 4 Oktyabr 2018 22:50 Oxunub 1616
Kosmosda “Qulyabanı” kəşf edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəş sistemində olduğu ehtimal edilən 9-cu planet- İks planetini axtararkən bu səma cismini kəşf ediblər

Beynəlxalq Astronomiya İttifaqının “Planet Mərkəzi” Pluton planetindən milyardla mil uzaqda “Qulyabanı” adlı yeni səma cismi kəşf edilib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, yeni səma cisminin öz peyki var. “Carnegie” elmi institutunun alimi Skott Şeppard bildirib ki, Günəş sistemində olduğu ehtimal edilən 9-cu planet- İks planetini axtararkən bu səma cismini kəşf ediblər. Bu səma cisminin kəşfi isə İks planetinin mövcudluq ehtimalını 90% artırıb. Qeyd edək ki, Pluton planeti 1930-cu ildə Klayd Tomba tərəfindən kəşf edilib. Onun mövcudluğu barədə ilk dəfə 1915-ci ildə Persival Louell məlumat verib. 76 il Günəş Sisteminin 9-cu planeti olaraq qəbul edilən Pluton 2006-cı ildə cırtdan planet sinfinə daxil edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh