Avtobus dayanacağını taksi sürücüləri "işğal edib" - FOTO

Xəbərlər 5 Oktyabr 2018 08:46 Oxunub 1761
Avtobus dayanacağını taksi sürücüləri "işğal edib" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar məcbur olub nəinki ikinci, hətta 3-cü, 4-cü zolaqda saxlamağa məcbur olurlar

"Gənclik Mall"un qarşısında bezdirici tıxaca düşən oxucularımızdan biri poçtumuza bir neçə şəkil göndərib. Avtosfer.az moderator.az-a istinadən xəbər verir ki, oxucumuz xahiş edir Bakı Nəqliyyat Agentliyindən və  Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən soruşaq ki, insanların üzləşdikləri bu işgəncədən xəbərləri varmı? Yəni dayanacaqda taksi sürücüləri sözün həqiqi mənasında at oynadırlar, qanun-qaydanı heçə sayırlar, avtobuslar da məcbur olub nəinki ikinci, hətta 3-cü, 4-cü zolaqda saxlamağa məcbur olurlar. Nəticədə cəhənnnəm yaşanır...

Beləliklə, çəkib göstərməık bizdən, tədbir görmək müvafiq qurumlardan. Həmin fotoları təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh