Bu gün "Formula 1" üzrə Yaponiya Qran Prisinə start verilir

Yarışma 5 Oktyabr 2018 07:10 Oxunub 1445
Bu gün "Formula 1" üzrə Yaponiya Qran Prisinə start verilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaponiyada qələbələrə görə rekord almaniyalı Mixael Şunaxerə məxsusdur - 7 qələbə

Bu gün "Formula 1" üzrə Yaponiya Qran Prisinə start verilir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "Ferrari" komandasını pilotu Sebastyan Fettel "Marcedes" komandasının pilotu britaniyalı Lyuis Hemiltona çatması üçün 5 mərhələ qalıb. Bu yaxınlarda almaniyalı özü turnirə liderlik etsədə, britaniyalının 6 mərhələdən 5-də qələbə qazanaraq 50 xal toplaması onu lider edib. İndi S.Fettelin səhv etməyə haqqı yoxdur. "Sudzuka" trası 1961-ci ildə tikilib və 1987-ci ildən "Formula 1" Qran Prisini qəbul edir. Yaponiyada qələbələrə görə rekord almaniyalı Mixael Şunaxerə məxsusdur - 7 qələbə. Hazırda fəaliyyətdə olan pilotlardan isə bu trasda S.Fettel və L.Hemilton 4 dəfə, ispaniyalı Fernando Alonso 2 dəfə və finlandiyalı Kimi Raykkonen 1 dəfə qələbə qazanıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh