Prezidentin "canavar" ləqəbli maşını - VİDEO

Avtosfer TV 5 Oktyabr 2018 23:57 Oxunub 6897
Prezidentin "canavar" ləqəbli maşını - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır

Ölkə rəhbərlərinin iş avtomobilləri zaman-zaman mətbuatın maraq dairəsində olub. Təhlükəsizlik baxımından preizdentlərin iş avtomobilləri xüsusi zirehlə,mühafizə vasitələri ilə təmin olunur.Bütün bunlar baş verəcək sui-qəsd hadisələri zamanı rəhbərləri daha az xəsarət almaqla xilas etmək məqsədi daşıyır.Ölkə rəhbərlərinin hərəkət etdiyi avtomobillər xüsusi zavodlarda,xüsusi qaydada yığılır.

Bunun üçün hətta bir neçə mütəxəssis belə cəlb olunur. Qeyd olunan mövzuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı məlumat xüsusilə maraq kəsb edir. Avtosfer.az femida.az-a istinadən bildirir ki, Ərdoğanın xidməti avtomobili “Mercedes” S600 modelidir. Prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir.

Ərdoğanın maşını təxminən 500 min manata yaxın məbləğə yenidən yığılıb. Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır. Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa,polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir. S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir. Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur. Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlan yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın “canavarı” da deyirlər. Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər. Ərdoğan qeyd olunan "canavar"la artıq 2 ilə yaxındır ki, hərəkət edir.Türkiyə Prezidentinin Almaniyaya səfəri zamanı ortaya maraqlı video çıxıb. Belə ki, Türkiyə prezidentini Almaniya səfəri zamanı kortejdə 50-dən çox avtomobil müşayiət edib. Qeyd olunan video sossial şəbəkələrdə yayldıqdan sonra böyük müzakirələrə səbəb olub. Həmin anın kadrlarını təqdim edirik:




ŞƏRH YAZ
Ad

E-mail

Şərh