Möhtəşəm “Mercedes” A-Class və C-Class avtomobilləri Bakıda təqdim edildi – FOTO
Avtoxəbər 5 Oktyabr 2018 13:09 841 dəfə oxunub
Möhtəşəm “Mercedes” A-Class və C-Class avtomobilləri Bakıda təqdim edildi – FOTO
“Abşeron Avtomobil Mərkəzi” avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir

Mercedes-Benz-in rəsmi dileri Abşeron Avtomobil Mərkəzi yeni A-Class və C-Class avtomobillərin təqdimatını Bakıda keçirib. Təqdimat Abşeron Avtomobil Mərkəzinin avtosalonunda baş tutub. Avtosfer.az xəbər verir ki, rahat abu-hava, qızğın musiqi, atəşli musiqili şou-gözəl payız axşamının yalnız balaca bir hissəsidir. Tədbirə qatılan qonaqlar yeni A-Class və yenilənmiş C-Classı ilk görən ziyarətçilər oldular və həmçinin yeni xidməti mərkəzi ilə tanışlıq baş tutdu.
Mercedes-Benz-in rəsmi dileri – “Abşeron Avtomobil Mərkəzi” avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.
Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xdmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 12 post daxildir.
Bura gələnlərin rahatlığı üçün show-roomda markanın bütün model sırası təqdim edilib, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunub.
Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan  yüksək ixtisaslı mütəxəssisləridir.
Mercedes-Benz. Ulduz həmişə yüksəklikdədir.
«Abşeron Avtomobil Mərkəzi» avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir. Avtosalonun telefon nömrəsi: +994 12 3477800

Sayt:  www.baku.mercedes-benz.az

 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh