Bakıda yeni təhlükə - Yolda başınıza avtomobil düşə bilər - VİDEO

Yazarlar 5 Oktyabr 2018 13:23 Oxunub 2284
Bakıda yeni təhlükə - Yolda başınıza avtomobil düşə bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qoruyucu konstruksiya daha hündür və daha davamlı olmalıdır

Dünən Babək prospektinin başlanğıcında bir avtomobil üstdəki yoldan tunelə düşmüşdü. Belə hadisənin ağır nəticəyə səbəb olmaması doğrudan da möcüzədir. Sadəcə bəxtləri gətirib ki, onlar aşağı düşəndə tunelin həmin yerində başqa avtomobil olmayıb. Bu hadisə yollarımızın bəzi yerlərindəki ciddi bir qüsuru da üzə çıxardı. Yəqin diqqət etmisiniz, körpülərin hər iki kənarında xüsuis qoruyucu konstruksiya - hərəkət hissəsi kənarında hündürə qaldırılmış dəmir-beton sədd və daha sonra möhkəm polad məhəccər (əslində o da səddir) olur. Bu konstruksiyanın təyinatı körpü üstündə idaretmədən çıxan avtomobili imkan daxilində körpünün üstündə saxlamaq, onun hündürlükdən yerə düşməsinə imkan verməməkdir. Altında başqa yol olan körpülərdə həmin qoruyucu konstruksiya daha hündür və daha davamlı olmalıdır, çünki belə yerdə düşən avtomobil aşağıdakı yolda (körpünün altında və yanında) hərəkət edən avtomobillərin üstünə düşərək çox ağır qəzalara səbəb olur. Amma ölkəmizdə yolun hərəkət hissəsi ilə yaxın olan tunel girişlərində belə qoruyucu konstruksiya yoxdur. Tunellərin girişinin həmin hündür yerində də yaxındakı yolda idarəetmədən çıxan avtomobillərin tunelə düşməsinin qarşısını almaq üçün belə möhkəm qoruyucu konstruksiyay ehtiyac var. Babək pr-nin başlanğıcındakı tunelin kənarında belə konstruksiya olsaydı, həmin avtomobil tunelə düşməzdi.

 

Ərşad Hüseynov,
hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh