Bakıda “Galenvagen” sürücüsündən zibil kimi hərəkət – 99 DL 999 - FOTO
Avtoreyd 5 Oktyabr 2018 13:44 3307 dəfə oxunub
Bakıda “Galenvagen” sürücüsündən zibil kimi hərəkət – 99 DL 999 - FOTO
Bahalı avtomobillə ucuz davranış nümayiş etdirən sürücülər də var

Sosial şəbəkələrdə öz rahatlığı üçün ətrafına, digər insanlara saymazyana yanaşan növbəti sürücünün avtomobilinin şəkili paylaşılıb. 99 DL 999 dövlət nömrə nişanli “Mercedes GL” markalı avtomobilin sürücüsü avtomobilini düz zibil tullantıları atılan dəmir qutuların qabağında saxlayıb. Sözsüz ki, bu halda həmin qutulardakı zibilləri daşımağa gələn aidiyyatı qurumun işçiləri bunu edə bilməyəcək və zibil elə orada da qalacaq. Beləliklə də bir sürücünün özünə əziyyət verməyib daha uyğun yerdə maşın saxlamaması və ətrafa bivec yanaşması fəhlələrin işini çətinləşdirib.
Bəlkə də elə o sürücünün öz yaxınları o ərazidə yaşayır. Axı insan necə razı ola bilir ki, özünə əziyyət verməsin, amma onun əzizləri, digər sakinlər üfunət qoxusu verən havanı udmağa məcbur olsun?! Bundan daha da yaxşıları qismət olsun, amma insan VİP nömrəli bahalı avtomobil sürməyi ilə dəyərli olmur, ətrafına biganə yanaşmamağı, özündən əvvəl digərlərini düşünməyi ilə dəyərli olur.

Kənan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh