Traktorçu polisə müqavimət göstərdi – Reyddə qalmaqal - FOTO

Avtoreyd 5 Oktyabr 2018 14:15 Oxunub 2591
Traktorçu polisə müqavimət göstərdi – Reyddə qalmaqal - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarımızda bu cür kənd təsərrüfatı texnikaları da var

Kənd Təsərrüfati Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin Şirvan Regional Bölməsinin və Şirvan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində birgə reyd keçirdi. Avtosfer.az xəbər verir ki, reyd zamanı Yol hərəkəti qaydalarını pozan, texnikadan istifadə zamanı təhlükəsizlik qaydalarına riayiət etməyən sürücülər saxlanılıb, İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilib, onlarla maarifləndirici söhbətlər aparılıb. 
Saxlanılan texnika sürücülərindən biri polisə müqavimət göstərdiyinə gorə polis bolməsinə aparılıb, texnikası cərimə meydançasına yerləşdirilib.
Dövlət Yol Polisi ilə birgə reydlər davam etdiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh