DYP əməkdaşı yolkəsənlik edir – GENERALA ARXALANIR

Yol polisi 30 Yanvar 2015 01:34 Oxunub 2896
DYP əməkdaşı yolkəsənlik edir – GENERALA ARXALANIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin Həbibov özünü DYP əməkdaşı kimi yox, yolkəsən, qoçu kimi aparır

Editor.az saytının elektron ünvanına Bakıda yol polisi əməkdaşı İlkin Həbibovun qanunsuz fəaliyyəti ilə bağlı şikayət məktubu daxil olub. Arif Məmmədov adlı şikayətçi bildirir ki, vaxtaşırı olaraq “Beşmərtəbə” adlı dairənin ərazisində AZ 10-YP-539 dövlət nömrə nişanlı avtomobillə iş başında olan İlkin Həbibov adlı DYP əməkdaşı onları heç bir səbəb olmadan saxlayır:

“Artıq üçüncü dəfədir ki, onun “qurbanına” çevrilirik. Hər dəfə bizi saxlayanda saxlanma səbəbini soruşuruq. Suallarımıza anormal cavablar alırıq. DYP əməkdaşı “Səbəb istəyirsən, taparıq” şəklində qarşılıq verir. Açıq şəkildə bizdən rüşvət istəyir. Pul verməyəndə isə “birdə bu yoldan keçdin ha…” deyərək, növbəti dəfə bizi saxlayır. İlkin Həbibov özünü DYP əməkdaşı kimi yox, yolkəsən, qoçu kimi aparır. Özünün dediyinə görə, arxasında Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalov dayanıb”.

Xatırladaq ki, bu, İlkin Həbibovun qanunsuz fəaliyyəti ilə bağlı mətbuatda dərc olunan ilk yazı deyil.

Mia.az saytının məlumatına görə, İlkin Həbibov hər birinin qiyməti 10 min manat məbləğində olan iki bahalı telefon işlədir. DYP əməkdaşlarının məvacibinin bir neçə yüz manat olduğunu nəzərə alsaq, bu bahalıqda telefonların hansı yollarla əldə olunduğu heç kimdə şübhə doğurmur.

Saytın iddiasına görə, İlkin Həbibov gecələr sürət həddini aşdığı və bununla yol qaydasını pozduğu üçün “avtoşlar”ı saxlamaq əvəzinə, həmin “avtoşlar”ı kənardan seyr edir. Buna səbəb kimi İlkin Həbibovun həmin “avtoşlar”la anlaşması, onlarla “pullu dostluq” münasibətlərində olması göstərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh