Turist otel otağını su ilə dolduraraq hovuz düzəltmək istəyib

Maraqlı 6 Oktyabr 2018 09:15 Oxunub 1454
Turist otel otağını su ilə dolduraraq hovuz düzəltmək istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisəyə təqribən 22500 min dollar ziyan vurub

Çexiya polisi avqustun 11-də Karlovı Varı otellərindən birində özbaşınalıq edən turisti axtarır.

“Report” xəbər verir ki, kişi yanğın şlanqından istifadə edərək otelin müəyyən hissəsinə su doldurmaq istəyib.

Birbaşa oteldə hovuz düzəltməyin mümkün olmadığını başa düşən turist, 70 yaşlı qadının qaldığı otağa daxil olmaq qərarına gəlib.

Bu gözlənilməz qonaq qadının heç də xoşuna gəlməyib və o, kişini polis çağıracağı ilə hədələyib. Bundan sonra turist ərazidən uzaqlaşıb.

Məhz həmin təqaüdçünün sözlərinə görə, xuliqan rus dilində danışıb və boyu 180 sm olub. Polis həmin kişinin narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edib.

Otel sahibi kişinin öz hərəkətləri ilə müəssisəyə təqribən 22500 min dollar ziyan vurduğunu deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh