Hacıbala Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri oldu
Gündəm 6 Oktyabr 2018 09:25 2042 dəfə oxunub
Hacıbala Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri oldu
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.

Avtosfer.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh