Yol polisindən "radar silinməsi" iddiasına CAVAB
Yol polisi 6 Oktyabr 2018 13:32 1017 dəfə oxunub
Yol polisindən "radar silinməsi" iddiasına CAVAB
Rüfət Quliyev: "Sürücüyə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur"

"Bəzi internet saytlarında dərc edilmiş  “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya “icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur." Avtosfer.az xəbər verir ki, bunu  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, DYP-nin fəaliyyətindən xəbərsiz, uydurma təxayüllü, heç bir əsası olmayan və gülüş doğuran “faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir.

"Odur ki, məqaləni dərc etməzdən əvvəl adi jurnalist araşdırması aparmaqla  istinad edilən “mənbə”nin məlumatlarını dəqiqləşdirmək daha məqsədəmüvafiq olardı."

 

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh