Qazaxda veteran polislərlə görüş keçirilib - FOTO

Yol polisi 6 Oktyabr 2018 18:56 Oxunub 1658
Qazaxda veteran polislərlə görüş keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır

Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.


Qazax rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə Qazax RPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev açıb. O, qeyd edib ki, bu gün cəmiyyətimizdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.


Görüşdə çıxış edən rayon polis veteranları şurasının sədri Ramiz Xəlilov, hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını deyib. Natiq onu da vurğulayıb ki, son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşib. Sevindirici haldır ki, hazırda polis işçiləri müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təchiz olunub. 


Gənc polis əməkdaşları adından çıxış edən Qazax RPŞ-nin kadrlar qrupunun baş inspektoru Vüsal Hüseynov bildirib ki, veteran həmkarlarımızla mütəmadi görüş gənc polislərə stimul verməklə yanaşı onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh