“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir

Yol polisi 6 Oktyabr 2018 19:02 Oxunub 1947
“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə bu məqsədlə növbəti tədbirlər Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən şəhər 1 saylı və 4 saylı Digah tam orta məktəblərində başda tutub.

Çıxış edən RPŞ-nin DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru, polis leytenantı Ariz İsmayılov bildirib ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və nəticədə gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub.

Daha sonra yol polisi əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub.

Təhsil müəssisəsinin qarşısında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib.

Bu cür görüşlərlə yanaşı, eyni zamanda Masallı rayonunun nəqliyyatın sıx olduğu küçələrində, xüsusilə məktəblərin qarşısında yeni yol nişanları quraşdırılır və cizgilənmə işi aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh