Bu təyyarələrin Türkiyəyə satışı dayandırılsa ...

Texnologiya 7 Oktyabr 2018 11:52 Oxunub 1366
Bu təyyarələrin Türkiyəyə satışı dayandırılsa ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
F-35 hərbi təyyarələrinin ən vacib hissələri Türkiyədə istehsal edilir

“F-35 hərbi təyyarəsinin təxmini qiyməti 12 milyard dollar olan bəzi hissələri Türkiyənin 10 şirkəti tərəfindən istehsal olunur. Əgər həmin hərbi təyyarələrin Türkiyəyə satışı dayandırılarsa, tədarük zəncirinə ziyan dəyər. Təyyarə istehsalında fasilələr yarana bilər”. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumatı yayıb. Məlumatda Bilidirilib ki, F-35 hərbi təyyarələrinin ən vacib hissələri Türkiyədə istehsal edilir: “Həmçinin, təyyarənin vacib avadanlıqlarından bəzilərini yalnız Türkiyə istehsal edir. F-35-in əsas gövdəsi, bomba bölməsi, qapıları və digər hissələri "Northrop Grunman" ilə Türk Hava və Kosmos Sənayesi və ortaqları tərəfindən istehsal edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh