Bakıda yük maşını yolda belə təhlükə saçdı - VİDEO

Avtosfer TV 7 Oktyabr 2018 20:01 Oxunub 1549
Bakıda yük maşını yolda belə təhlükə saçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunun üçün araşdırma aparmalı, ərazidəki kameralara baxılmalıdır

Son zamanlar ölkə yollarında ağır tonnajlı avtomobillərin iştirakı ilə çox sayda qəza baş verir və əksər hallarda bu qəzalar insan itkisi ilə nəticələnir. Amma görünən odur ki, hələ də belə qəzalardan nəticə çıxarmayanlar var. Çünki ötən gün paytaxtın Ziya Bünyadov prospektində hərəkət edən ağır tonnajlı yük maşını ətrafa təhlükə saçıb. Bu anları əks etdirən görüntülər isə sosial şəbəkələrdə paylaşılıb. Avtosfer.az bildirir ki, yolun bu hissəsində hərkət sürəti maksimum 60 kilometr olsa da, ağır tonnajlı yük maşını saatda 100 km-dən də artıq sürətlə hərəkət edib. Üstəlik, avtomobillərin sıx hərəkət etdiyi yolda. Dövlət qeydiyyat nişanı 10 ZX 243 olan yük avtomobilini arxadan çəkməyə çalışan minik maşınının sürücüsü saatda 100 kilmetr sürətlə hərəkət etsə də, bu avtomobilə çata bilmir. Üstəlik, qadağan edildiyi halda yük avtomobili ən sol zolaqla hərəkət edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burada yük avtomobilinin qaydları pozması açıq aydın görünür. Çünki yük avtomobillərinə bu yolda maksimum saatda 60 km. sürətlə hərəkət etməyə icazə verilir. Amma yol polisi bu görüntü əsasında sırf sürət həddini aşdığına görə sürücünü cərimələyə bilməz. Bunun üçün araşdırma aparmalı, ərazidəki kameralara baxılmalıdır. Üstəlik, belə avtomobilləri idarə edən sürücülər qaydalara daha ciddi əməl etməlidir. Çünki kütləsi çox olduğundan onların iştrakı ilə qəzaların fəsadları ağır olur. İctimai qınaq da pozuntuların azalmasına kömək edir. Qeyd edək ki, artıq sözügedən avtomobilin məxsus olduğu şirkətdə hadisədən xəbərdardır və görüntüylə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh