Bakıda yol işarəsini dəyişdilər, xalq artisti qayda pozdu

Yol polisi 30 Yanvar 2015 17:50 Oxunub 2134
Bakıda yol işarəsini dəyişdilər, xalq artisti qayda pozdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəfər Namiq Kamal: «İşarəni dəyişmişdilər, əvvəl başqa cür idi»

«Bu yaxınlarda yolun səhv döndüm, bir yol patrul xidməti əməkdaşı gəldi və «gərək gözləyərdiniz» dedi. İşarəni dəyişmişdilər, əvvəl başqa cür idi. Dedim, məni tanımadınız? Cavab verdi ki, xeyr». Bunu Avtosfer.az saytına açıqlamasında tanınmış aktyor, xalq artisti Cəfər Namiq Kamal deyib. Yol hərəkəti qaydalarına riayət etdiyini deyən aktyor bildirib ki, budəfəki qayda pozuntusu bilməməzlikdən baş verib: «O biri patrulun yanına getdim və o məni tanıdı. Bildirdim ki, işarəni əvvəl başqa cür qoymuşdunuz. Dedi ki, düzdür, əvvəl başqa cür idi. Sağ olsunlar, çox dərinə getmədilər. Elə bir dəhşətli qayda pozuntusu da etməmişdim, işarələr dəyişdirdiklərinə görə yolu keçmişdim». 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh