Yaşlı kişini vurub qaçan sürücü yarım saat sonra yaxalandı

Yol polisi 8 Oktyabr 2018 08:59 Oxunub 1419
Yaşlı kişini vurub qaçan sürücü yarım saat sonra yaxalandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri sürücün Səbail ərazisindən çıxmasına imkan vermədi

Dünən saat 22:40 radələrində, Səbail rayonu, yeni Salyan yolu adlanan ərazidə yol-nəliyyat hdisəsi baş verib. Avtosfer.az xəbər verir ki, "Dünya" marketin qarşısında "Ford fokus" markalı nəqliyyat vasitəsini idarə edən sürücü töxminın 50 yaşlarında olan kişini vuraraq hadisə yerindən qaçıb. Səbail rayon DYPİŞ-nin əməkdaşları dərhal əməliyyat qrupu yaradaraq həmin sürücünün axtarışlarına başlayıblar. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ağır kəllə-beyin travması alsa da həkimlər təcili tibbi yardım göstərərək həyatını xilas ediblər. 


99 YP 251 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşlar təxminən yarım saat sonra Əziz Əliyev küçəsində hadisəni törədən sürücünü saxlayıblar. Avtomobildə 3 nəfər şəxs olub. Məlim olub ki, 90 OC 368 DQN-lı avtomobili idarə edən 19 yaşlı Elmin Niyazi oğlu Əhmədlidir. Sürücü aidiyyatı üzrə Sabail polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh