Ağacların arasında "gizlənmiş işıqfor" təhlükə yaradır - FOTO

Avtosfer Foto 8 Oktyabr 2018 09:14 Oxunub 1609
Ağacların arasında "gizlənmiş işıqfor" təhlükə yaradır  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə gözdən əlillər üçün bina və məktəb var

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 137 ünvanında yol kənarındakı işıqfor öz qeyri-adiliyi ilə seçilir. Avtosfer.az xəbər verir ki, işıqfor ağacların arasında elə "gizlədilib" ki, görmək üçün yaxşı iti göz lazımdır. Amma nəzərə alsaq ki, həmin ərazidə gözdən əlil olan şəxslər üçün bina var və yoldan daha çox həmin sakinlər istifadə edir o zaman vəziyyət dəyişir.

Həmçinin yaxınlıqda məktəbin olması da təhlükəni ikiqat artırır.


Yəqin ki, aidiyyəti qurumlar bu məsələyə vaxtında əncam çəkəcək. Ümid edirik ki, mətbuatda "Gözdən əlili avtomobil vurdu", "Nərimanovda məktəbli maşının altında qaldı" başlıqlı yazılar oxumamışdan əvvəl məsələ həllini tapacaq.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh