Nişan yoxdur, amma yol polisləri cərimə yazır: Gəncədən şikayət - VIDEO
Avtosfer TV 11 Oktyabr 2018 19:35 356 dəfə oxunub
Nişan yoxdur, amma yol polisləri cərimə yazır: Gəncədən şikayət - VIDEO
Qaydalar çərçivəsində dayanmış avtomobillərə elektron protokollar tərtib edirlər

Gəncədə YPX əməkdaşlarının hərəkətləri barədə redaksiyamıza müraciət daxil olub. Avtosfer.az-a məlumat verən Calal adlı sürücü bildirib ki, Gəncə şəhəri Həsən Əliyev küçəsində bir neçə vaxt öncə hərəkət müvəqqəti olaraq ikitərəfli təşkil olunub. Lakin hərəkətin təşkilində, nişanlar və nişanlanma xətləri arasında ziddiyətlər var. YPX əməkdaşları isə bu ziddiyətdən istifadə edərək protokollar tərtib edirlər. 

Sürücünün çəkdiyi videodan məlum olur ki, küçənin başlanğıcında dayanma-durmaya aid heç bir nişan yoxdur. Lakin biraz qarşıda iki YPX əməkdaşı əllərindəki bort-kompyuterlə yolun kənarında qaydalar çərçivəsində dayanmış avtomobillərə elektron protokollar tərtib edirlər. 

Calal adlı sürücüyə də bu cür protokol tərtib olunub, lakin protokolun nüsxəsi alın şüşəyə qoyulmayıb. Bir sözlə sürücünün hüquqlarını hərtərəfli şəkildə pozulub.

Bu barədə sürücü YPX əməkdaşlarına irad bildirərkən, onlar sürücücüyə deyiblər ki, küçənin əks tərəfindən gələndə nişanlar var. Zəhmət çəkib küçənin o biri başına kimi gedib orada hansı nişanların olduğuna baxmalı idiniz. Polisin əsas gətirdiyi bu "fakt" gülüncdür. Çünki sürücü nişanı arxadan baxıb tanımağa məcbur deyil. 

 

Təbriz Yusubov

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh