Bakıda avtobus qəzasının təfərrüatları - FOTO

Qəzalar 8 Oktyabr 2018 13:10 Oxunub 803
Bakıda avtobus qəzasının təfərrüatları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbləri və digər məqamlar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq

Ötən gecə Bakının Xətai rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, gecə saat 23 radələrində 60 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib. Hadisə "Nargilə" kafesinin yaxınlığında baş verib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, qəza ilə bağlı daşıycı quruma çağırılaraq izahat tələb edilib: "Qəza avtobus istehsalat bazasına qayıdan zaman baş verib və bu səbəbdən içəridə sərnişin olmayıb. Avtobusun sürücüsü də xəsarət almayıb". M.Ağayev qeyd edib ki, hadisənin səbəbləri və digər məqamlar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh