Yelkənçilərin Federasiya Kuboku uğurunda gərgin mübarizəsi uğurla başa çatdı - FOTO

Yarışma 8 Oktyabr 2018 13:43 Oxunub 1724
Yelkənçilərin Federasiya Kuboku uğurunda gərgin mübarizəsi uğurla başa çatdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çətin hava şəraitində gərgin mübarizə aparan yelkənçilər yarışı uğurla başa vurublar

Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan Federasiya Kuboku üzrə 2 gün ərzində "Laser" və "Optimist"  siniflərinin yarışı keçirilib və “Windsurf sinfi”nin nümayişi olub. Yarışda həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinifi üzrə komandası da iştirak edib. Çətin hava şəraitində gərgin mübarizə aparan yelkənçilər yarışı uğurla başa vurublar. Yelkənçilərin mübarizəsi böyük maraq və diqqətlə izlənilib. Yekunda yelkənçilər iştirak sertifikatları, təşəkkürnamə ilə təltif olunublar. 
Daha sonra “Optimist”, “Laser 4.7”, Laser Standart” sinifləri üzrə yarışın qalibləri mükafatlandırılıblar. 

"Optimist" sinfi üzrə qaliblər: 
1.    Ömər İsmayılov (Yelkənli İdman Federasiyası)
2.    Səxavət əzimov (Yelkənli İdman Federasiyası)
3.    Fidan Ağazadə (Yelkənli İdman Federasiyası)

"Laser 4.7" sinfi üzrə qaliblər: 
1.    İsmayıl Kərimov (Yelkənli İdman Federasiyası)
2.    Cavid Kərimov (Yelkənli İdman Federasiyası)
3.    Murad Allahverdi (Yelkənli İdman Federasiyası)

“Laser Standart” sinfi üzrə qaliblər: 
1.    Mixail Protasov (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu)
2.    Tofiq Abdullayev (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu)
3.    Ruslan Əzizov(“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu)

Qeyd edək ki, yarış İdman koordinatoru, hakim Burcu Algon Giorgianni, "Optimist" sinfinin baş məşqçisi Seyhun Yıldız, "Laser 4.7" sinfinin baş məşqçisi Tuğçe Subaşı,  "Laser srandard" sinfinin baş məşqçisi Tatyana Srebnaya, köməkçi məşqçilər Aleksandr Knyazev,  Anton Vilyayev tərərfindən idarə olunub.
Xüsusi olaraq vurğulayaq ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. 
Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Bu addımların davamı olaraq 31 may – 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən  yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi.
Xatırladaq ki, Azərbaycanı hər zaman Beynəlxalq yarışlarda uğurla təmsil edən Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxstanın Aktau şəhərində keçirilən “Xəzər Kuboku Beynəlxalq Yelkən Yarışı”nda yüklsək nəticələr göstərərək 1, 2, 3, 4 cü yerlər üzrə kuboklara sahib olublar.Yarışda təqdim olunan bütün kuboklara sahib çıxan yelkənçilərimizin yarışlarda fədakar iştirakı Beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanmışdı.
Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaq yüksək nəticə göstrəmişdi.
 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh