Qusarda turizm əhəmiyyətli yol əsaslı təmir olunur - FOTO

Yeniliklər 8 Oktyabr 2018 15:49 Oxunub 1368
Qusarda turizm əhəmiyyətli yol əsaslı təmir olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilir

Turizm əhəmiyyətli Qusar-Əniq-Ləzə avtomobil yolu əsaslı təmir olunur. Avtosfer.az  Azərtac-a istinadən xəbər verir ki, ümumilikdə 7 kəndi birləşdirən bu yol turistlərin Şahdağ Turizm Mərkəzinə gediş-gəlişini daha da rahatlaşdıracaq. Qusar–Əniq–Ləzə avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun inşa edilir. İşlərə 10 gün əvvəl başlanılıb. Bu müddət ərzində yolun 18 kilometrlik hissəsinin asfalt örtüyü yenilənib. Bütün müasir tələblərə cavab verəcək yolun eni 12 metrə çatdırılıb. Ümumilikdə, yolun 28 kilometrinə yeni asfalt döşənəcək. Tikinti işləri oktyabrın sonlarında yekunlaşacaq. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh