Hərəkəti hansı istiqamətdə davam edə bilər? – YENİ SUAL

Yarışma 30 Yanvar 2015 18:16 Oxunub 4290
Hərəkəti hansı istiqamətdə davam edə bilər? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Yola kommunal xidmət göstərən bu nəqliyyat vasitəsinin sürücüsü gördüyünüz yolayrıcında narıncı rəngli sayrışan işıq siqnalı qoşulmuş vəziyyətdə hərəkətini hansı istiqamətdə davam edə bilər? 

A) Yalnız “B” trayektoriyası üzrə (düzünə);

B) Yalnız “A” və “B” trayektoriyaları üzrə (düzünə və sağa);

C) Göstərilən trayektoriyalardan hər biri üzrə.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

farid 10 Noyabr 2014 22:55
Yalniz B istiqametinde gede biler.
ANAR 10 Noyabr 2014 22:55
Yalniz ve yalniz duzune cunki məcburi hərəkət istiqaməti nişanları 4.1.1 Düzünə hərəkət
Vusal İmanov 10 Noyabr 2014 22:55
Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələriII. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır. C Göstərilən trayektoriyalardan hər biri üzrə.
Nusret Gulmemmedli 10 Noyabr 2014 22:55
Gosterilen trayektoriyalarin her biri uzre
Nusret Gulmemmedli 10 Noyabr 2014 22:55
Butun istiqametlerde
Nusret Gulmemmedli 10 Noyabr 2014 22:55
Butun Trayektoriyalr uzre
Irade 10 Noyabr 2014 22:55
B
Emin 10 Noyabr 2014 22:55
A Yalnız “B” trayektoriyası üzrə düzünə;
Xəyal 10 Noyabr 2014 22:55
Salam, bütün istiqamətlərdə hərəkət edə bilər.