Meymun avtobusu idarə etdi - VİDEO
Avtosfer TV 9 Oktyabr 2018 00:44 520 dəfə oxunub
Meymun avtobusu idarə etdi - VİDEO
Şirkət rəhbəri sərnişinlərin həyatını təhlükəyə atan sürücünü işdən qovub

Hindistanın Karnataka ştatında avtobus sürücüsünü işdən qovublar. Avtosfer.az xəbər verir ki, buna səbəb sürücünün meymunu sükan arxasına keçirməsi olub. Lanqur cinsinə aid meymun sərnişinlərdən birinin olub. Hərəkət zamanı meymun sürücünün üstünə tullanıb və yerindən tərpənməyib. Bu zaman sürücü sükanı meymuna verib və sərnişinləri əyləndirib. Sərnişinlər isə bu görüntüləri lentə alıblar. Video çarx tezliklə sosial şəbəkədə paylaşılıb və şirkətin rəhbəri də onu görüb. Şirkət rəhbəri sərnişinlərin həyatını təhlükəyə atan sürücünü işdən qovub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh