Ağdaşdan-Qəbələyə dəmir yolu xətti çəkilir - VİDEO

Yeniliklər 8 Oktyabr 2018 21:15 Oxunub 1262
Ağdaşdan-Qəbələyə dəmir yolu xətti çəkilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır

Son vaxtlar Azərbaycan Dəmir Yollarında təmir bərpa işləri ilə yanaşı yeni dəmir yol xətləri də çəkilir. Avtosfer.az xəbər verir ki, yeni çəkilən dəmir yol xətlərindən biridə Qəbələ hava limanı istiqamətinə çəkilir. 43 km-lik bir xətli dəmir yolunun çəkilişi ilə yanaşı , 75 su ötürücü, 14 tünel və körpü də inşa ediləcək. Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir.Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib. Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materealları qərb və şimal-qərb bölgəsindən gətirilir. Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda daglıq əraziyə düşür. Sözü gedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib. Şahin Cavadovun sözlərinə görə, 43 km-lik bir xətli dəmir yolunun çəkilişi zamanı, 75 su otürücü, 14 tünel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh