Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Qəzalar 8 Oktyabr 2018 21:16 Oxunub 772
Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Hacıqabul şəhərində rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Mehman oğlu Qafarovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Rahil Qardaşxan oğlu İsmayılov xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsmayılovun vəziyyəti ağır olduğundan xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh