Fəhlə yük maşınının altında qalaraq ölüb - Sumqayıtda

Qəzalar 8 Oktyabr 2018 21:35 Oxunub 640
Fəhlə yük maşınının altında qalaraq ölüb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük maşını arxaya hərəkət edərkən 1977-ci il təvəllüdlü Məzahir Azay oğlu Mütafayev nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt regional şöbəsinə təhvil verilib. Qeyd edək ki, ölən şəxsin yol tikinti idarəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh