Bakı küçələrində "avtoşluq" edən "Niva": 90-NH-109 - VIDEO

Avtoreyd 8 Oktyabr 2018 21:27 Oxunub 6254
Bakı küçələrində "avtoşluq" edən "Niva": 90-NH-109 - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaylar kəsilib və asqı sisteminə dəyişiklik olunub

Paytaxtda avtoxuliqanlıq edən sürücünün görüntüləri dünən sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai prospektində hərəkət edən "Niva" markalı 90-NH-109 qeydiyyat nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və qəsdən qarşıdan gələn avtomobillərin üzərinə sürüb. Sürücü əks istiqamətdə hərəkətinə davam edərək Fəzail Bayramov küçəsində yenə də qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. Bundan sonra o, Heydər Əliyev prospektində ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına qəza şəraiti yaradır. Avtomobilin zahiri görünüşdən açıq-aşkar görünür ki, konstruksiyaya ciddi dəyişiklik olunaraq yaylar kəsilib və asqı sisteminə dəyişiklik olunub.
Ümid edirik ki, DYP bu sürücü barədə sərt tədbir görərək ictimaiyyətə açıqlama verəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh