Yolun ortasında sərnişin düşürən avtobuslar - VIDEO
Avtosfer TV 8 Oktyabr 2018 21:46 225 dəfə oxunub
Yolun ortasında sərnişin düşürən avtobuslar - VIDEO
Onlara bu "işlərində" dayanacaqda dayanan taksi sürücüləri də əvəzsiz "kömək edirlər"

Oxucularımızdan biri Avtosfer.az saytına videogörüntü göndərib və bildirir ki, 08.10.2018 tarixində 12:24 radələrində paytaxtın "Şamaxinka" kimi tanınan Moskva prospektində yenə də avtobus sürücüləri dayanacaqda xaotik dayanıb. Sərnişinləri necə gəldi, harda gəldi mindirib-düşürlər. İkinci sırada saxlayan 99 LF 642 DQN-lı marşrut  avtobusunun sürücüsü isə konkret olaraq hərəkət intensivliyinə mane olur. Onlara bu "işlərində" dayanacaqda dayanan taksi sürücüləri də əvəzsiz "kömək edirlər". 

Ümumiyyətlə son günlər demək olar ki,hər gün sadə vətəndaşlar tərəfindən həm sosial şəbəkələrdə,həm saytlarda marşrut avtobus sürücülərinin kobud qayda pozuntuları ilə bağlı videogörüntülər paylaşılır. Bu da sözsüz ki, sonda ağır qəzalara, ölümlərə aparır. Necə olur ki, vətəndaşların  gördükləri bu qədər qanuna-zidd hərəkətləri rəsmilər görmür? Görürsə niyə gördükləri tədbirlər kifayət etmir, təsirli olmur?

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh