Yol polisi AzTV-nin maşınını cərimələdi: 100 manat, 4 bal - VIDEO
Avtosfer TV 8 Oktyabr 2018 22:24 965 dəfə oxunub
Yol polisi AzTV-nin maşınını cərimələdi: 100 manat, 4 bal - VIDEO
İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən

Paytaxtın Qarabağ küçəsində tıxaca səbəb olan AZTV-yə məxsus 99-FF-901 qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili barədə məlumat vermişdik. Qeyd olunmuşdu ki, küçədə yolun ortasında dayanma-durma qaydasını pozaraq uzun tıxaca səbəb olan avtomobilə görə digər istiqamətdən gələn avtomobillər məcburi şəkildə əks istiqamətli hərəkət zolağına çıxmalı olublar. 

Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücünü aşkar ediblər. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat, 4 bal cərimə tətbiq edilib.

 

Fərid

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh