Ağacların arasında "gizlənmiş" işıqfor düzəldildi - FOTO

Avtosfer Foto 8 Oktyabr 2018 22:30 Oxunub 2103
Ağacların arasında "gizlənmiş" işıqfor düzəldildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə normal hərəkət təmin edilib

Bu gün səhər Avtosfer.az saytında Nərimanov rayonu, Faiq Yusifov küçəsi 137 ünvanında yol kənarındakı işıqforun ağacların arasında görünməz vəziyyətdə olduğu barədə məlumat dərc edilmişdi. Məsələ ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi əraziyə baxış keçirib. Məlum olub ki, kimsə bu gün səhər saatlarında ağacların budaqlarını kəsib. Amma işıqfor yenə də normal görünmür. 
Bildiyiniz kimi işıqforlar artıq BNA-nın nəzarətinə verilib. Ancaq yenə də DYP-nin Siqnal İdarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra işıqforu çıxarıb və yerini dəyişiblər. Artıq normal şəkildə görünür. İşıqforun  görünməsinə mane olan ağaclar isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən kəsilib. Ərazidə normal hərəkət təmin edilib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh