Təkəri partlayan avtomobil aşdı: xəsarət alan var - Cəlilabadda

Qəzalar 9 Oktyabr 2018 09:38 Oxunub 654
Təkəri partlayan avtomobil aşdı: xəsarət alan var - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin təkəri partlayıb və avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sərnişini - Masallı rayon sakini 1970-ci il təvəllüdlü Rufullayev Qürbət Əlixan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh