Yük maşını piyadanı vurub öldürdü

Qəzalar 9 Oktyabr 2018 10:03 Oxunub 730
Yük maşını piyadanı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda yük maşını piyadanı vurub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun 50-ci kiliometrliyində, Sumqayıt şəhəri ərazisindən keçən hissəsində baş verib. Yolun təmir hissəsində təmir işləri apararkən 1979-cu il təvəllüdlü Kəlbəcər rayonu Otaxlı kənd sakini Xanlarov Etibar Kamran oğlu idarə etdiyi "Shacman" markalı yük maşını ilə arxaya doğru hərəkət edərkən piyada 1974-cü il təvəllüdlü Laçın rayon sakini Mustafayev Məzahir Azoy oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh