"VAZ" körpüdən aşdı: 2 ölü - Qəbələdə

Qəzalar 9 Oktyabr 2018 10:22 Oxunub 727
"VAZ" körpüdən aşdı: 2 ölü - Qəbələdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Qəbələ rayonunun Həmzəli kəndində "VAZ" markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb. FHN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh